Ermənistan İstintaq Komitəsinin sədr müavini qarət olundu

 Ermənistan İstintaq Komitəsinin sədr müavini qarət olundu
  01 Yanvar 2019    Oxunub:4543
Naməlum şəxslər Ermənistanın İstintaq Komitəsi sədrinin müavini, 54 yaşlı Z.Aşota məxsus “Lexus GX-470” markalı avtobilin salonundan 500 min dram (təqribən 1000 ABŞ dollarından çox) məbləğində avadanlıq oğurlayıblar.
Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, bu barədə Aşot özü Vanadzor polis idarəsinin Bazum bölməsinə şikayət edib.

Onun sözlərinə görə, 30 dekabrdan 31-nə keçən gecə bir qrup naməlum şəxs Lori əyalətinin Vanadzor şəhərindəki Məktəb küçəsində parkovka etdiyi “Lexus GX-470” markalı avtobilinin ön şüşələrini qıraraq, 500 min dram dəyərində maşın avadanlıqlarını oğurlayıblar.

Hazırda faktla bağlı cinayət işi açılıb, oğruların kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Polisinin rəis müavini, polis polkovniki Ovanes Koçaryanın İrəvandakı evi qarət edilmişdi. Ard-arda Ermənistan təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli şəxslərinin qarət olunması sosial şəbəkələrdə gülüş oyektinə çevrilməklə yanaşı, Ermənistanda cinayətkarlıqla mübarizəyə cavabdeh olanların özlərinin müdafiə ehtiyac duyduğunu üzə çıxarıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti