Rusiyada partlayış olub: Ölənlər var (VİDEO)

Rusiyada partlayış olub:  Ölənlər var (VİDEO)
  31 Dekabr 2018    Oxunub:6185
Bu gecə saat 04:00 radələrində Rusiyanın Çelyabinsk əyalətinin Maqnitoqorsk şəhərindəki yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Maqnitoqorsk Baş İdarəsi məlumat yayıb.

Maqnitoqorsk qubernatorunun mətbuat katibi Dmitri Fedeçkin deyib ki, hazırda 4 nəfər xəstəxanaya yerləşdirilib. 7 uşaq daxil olmaqla 16 nəfər evakuasiya edilib. Partlayış nəticəsində dağılan mənzillərdə yaşayan digər 68 nəfərin taleyi isə naməlum olaraq qalır. Fedeçkinin sözlərinə görə, partlayışın baş verdiyi zonada ümumilikdə 120 nəfər yaşayıb. Onlardan 111-i qeydiyyatda olan sakinlərdir.



Şahidlərin sözlərinə görə, partlayışdan bir neçə dəqiqə sonra binanın bir hissəsi çöküb. Həmin vaxt xilas olmaq istəyən sakinlər pəncərələrdən tullanıblar. 10 dəqiqə sonra isə hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə maşınları gəlib. Hazırda Fövqəladə Hallar Nazirliyinin 350-dək əməkdaşı və 26 texnikası partlayışın baş verdiyi əraziyə cəlb olunub.

Prezident Vladimir Putinin tapşırığına əsaəsn, fövqəladə hallar naziri Yevgeni Ziniçev dərhal hadisə yerinə gəlib. Binanın dağıntıları altından axtarış-xilasetmə işləri davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Rusiya   Maqnitoqorsk  





Xəbər lenti