ABŞ rəsmən YUNESKO-dan çıxdı
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ bu gündən etibarən YUNESKO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.
Bu, ABŞ-ın YUNESKO-dan ilk çıxışı deyil. 1984-cü ildə prezident Ronald Reyqanın dövründə də belə addım atılmışdı.
Azvision.az