Əsgərlər xidmət yerlərinə yola salınıb - Fotolar
Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Tədbirdə əsgərlər ixtisasları üzrə müxtəlif hazırlıq elementlərini praktiki nümayiş etdiriblər. Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.
Azvision.az