Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkət var
Ölkələrimiz arasında müqavilə-hüquq bazası yaradılıb, hazırda investisiyaların təşviqi və qarşılıqlı qorunması Sazişi üzrə müzakirələr aparılır. Əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bildirən İqtisadiyyat naziri Hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.
Görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən layihələr, tranzit imkanları, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi barədə məlumat verib.
İqtisadiyyat naziri gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.
Hindistanın Azərbaycandakı səfiri S.Rana ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək, iqtisadi sahədə Hindistan-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bildirib. S.Rana Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bundan sonra da iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azvision.az
Teqlər: Hindistan