Bakı veloyürüşündən FOTOLAR

Bakı veloyürüşündən FOTOLAR
  03 Noyabr 2013    Oxunub:1673
AzVision.az xəbər verir ki, bu gün Azərbaycan Velosiped İdmanı Federasiyası Şıx çimərliyi ilə üzbəüz ərazidəki Veloprkda veloyürüş təşkil edib.
9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan yürüşün keçirilməsində məqsəd gənclər arasında velosiped idmanının təbliğidir. Yürüş saat 10-da başlayıb. Yürüş iştirakçıları Velopark - Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Həvəskarlar da öz velosipedləri ilə yürüşə qatılıblar.

Ümumilikdə 100-ə yaxın velosipedçi “bayrağımız qürur mənbəyimizdir” adı altında keçirilən velo-yürüşdə iştirak edib. Artıq ənənə halını almış yürüşə Şıx qəsəbəsində yerləşən veloparkdan start verilib. Yürüşlə əlaqədar magistral yolun bir hissəsi nəqliyyatın hərəkətinə bağlanıb. Yarış iştirakçılarının yol boyu təhlükəsizliyi təmin olunub.

Velosipedçilərin son dayanacağı isə dənizkənarı parkdakı "Bayraq meydanı" olub. Yürüş qəzasız başa çatıb.

Qalereya




Teqlər:





Xəbər lenti