İran Ermənistanı işıqsıq qoydu

İran Ermənistanı işıqsıq qoydu
  02 Noyabr 2013    Oxunub:1191
Ermənistan energetikləri ölkənin işıqsız qalmasının səbəblərini müəyyənləşdiriblər. Ermənistanın işığını İran kəsibmiş.
AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki,
Ermənistanın Energetika Nazirliyinin mətbuat katibi Lusine Arutyunyan bildirib ki, elektrik enerjisi İran tərəfdən kəsilib.

Sentyabrın 22-dən Ermənistandakı “Metsamor” AES-i təmirlə əlaqədar ölkənin enerji sistemindən çıxarılıb. O vaxtdan Ermənistan elektrik enerjisini İrandan alır.

Bu gün saat 10.15-dən etibarən bütün Ermənistanda elektrik enerjisi kəsilib. İndiyədək ölkənin yalnız 30 faiz ərazisində enerjini bərpa etmək mümkün olub.

Ermənistan FHN-in məlumatına görə, elektrik enerjisinin kəsilməsi üzündən İrəvan metrosu dayanıb. Saat 10.17-də sərnişinlər metrodan təxliyə ediliblər.

Bundan başqa, soyuducu təsərrüfatında və tez xarab olan məhsullarla bağlı ciddi problem yaranıb.


Teqlər:





Xəbər lenti