Mənəvi Dəyərlərin Təbliği Fondu seminar keçirib
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun həyata keçirdiyi genişmiqyaslı tədbirlər haqqında danışıb. C.Əliyev mənəvi dəyərlərin qorunması və inkişafına dövlət qayğısının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə mənəvi sahədə görülmüş işlər haqqında məlumat verib.
Tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə milli və mənəvi dəyərlərin gənclər arasında təbliğ edilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. S.Verdizadə elm və təhsilin gənclər üçün yeni imkanlar yaratdığını vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov dini dəyərlərin mənəvi dəyərlərin tərkibi olduğunu və Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edildiyini bildirib. Gənc Murad Həsənli dövlətin uğurlu gənclər siyasətinin onların mənəvi tərbiyəsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Mənəvi-Dəyərlərin-Təbliği-Fondu Seminar