Partlayış olan binanın sakinləri kirayə evlərə köçürüləcək
Azvision.az-ın məlumatına görə, binadakı 36 mənzildə yaşayan ailələr müvəqqəti olaraq yataqxanaya yerləşdirilib. Sakinlər tezliklə kirayə mənzillərlə təmin olunacaqlar.
Qeyd edək ki, hadisə zamanı həlak olan şəxslər ötən gün dəfn olunub, şəhər rəhbərliyi yas mərasimində iştirak edib.
Gəncənin deputatı Naqif Həmzəyev Azvision.az-a bildirib ki, şəhər rəhbərliyi tərəfindən bütün lazımi işlər yüksək səviyyədə təşkil olunub.
Qeyd edək ki, noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində binanın bir hissəsi uçub. 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, bir nəfər isə yaralanıb.
Anar Kəlbiyev
Azvision.az