Obama ilə Netanyahu İranı müzakirə etdilər

  29 Oktyabr 2013    Oxunub : 530
Obama ilə Netanyahu İranı müzakirə etdilər
ABŞ və İsrail təhlükəsizlik sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Birləşmiş Ştatların prezidenti Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı vasitəsilə İranın nüvə proqramını, eləcə də Fələstin-İsrail sülh danışıqları daxil olmaqla bir sıra həlli edilməsi mühüm məsələləri müzakirə ediblər. Bu barədə AzVision.az Associated Press-in Ağ evə istinadla verdiyi məlumata əsasən xəbər verir.

Birləşmiş Ştatlar İsrailin İrana qarşı münasibətlərində gərginliyi azaltmağa can atır. Barak Obama Netanyahuya İranın nüvə proqramında güzəştə gedəcəyi təqdirdə İslam Respublikasına qarşı sanksiyaları aradan qaldırmaq niyyətində olduğunu bir daha xatırladıb. Buna baxmayaraq, İsrail sanksiyaları geri götürməməsi üçün Obamaya təzyiq etməyə davam edir.

Bununla yanaşı Netanyahu İsrailin özündə bir sıra problemləri, o cümlədən fələstinli məhkumların azad edilməsi məsələsini həll etməlidir. Bu, elə dalana dirənmiş sülh danışıqlarına yenidən başlamaq üçün zəmin yaradacaq razılaşmanın bir hissəsidir.

Ağ evin məlumatına görə Obam a və Netanyahu iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də razılığa gəliblər.

Xatırladaq ki, bir müddət əvvəl Vyanada İranla MAQATE yeni təkibdə nüvə proqramını müzakirə ediblər. İran ilk dəfə olaraq MAQATE müşahidəçilərinin nüvə obyektlərində yoxlamalar aparmasına razı olduğunu, beynəlxalq agentlik isə İranın uranı məhdud şəkildə saflaşdırmasınını qəbul etməyə hazır olduğunu bəyan edib. Oktyabrın 30 və 31-də isə Vyanada İranla Altılıq ölkələri arasında nüvə danışıqlarının keçiriləcəyi gözlənilir.

S. Həsənova
AzVision.az

Teqlər: