Türkiyəli alimlər ASAN-da

Türkiyəli alimlər ASAN-da
  06 Mart 2013    Oxunub:1689
5 mart 2013-cu il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) professor-müəllim və Respublikamızın dövlət qurumlarının mütəxəssis heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Agentliyin Sədri bildirib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, “vahid məkan” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Görüşdə qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək, yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildiriblər. Eyni zamanda “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olmuş qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən 9 dövlət orqanının əməkdaşlarının da qatıldığı tədbir beynəlxalq təcrübənin öyrənilməsi və inkişaf etməkdə olan "ASAN xidmət" mərkəzinin gələcək fəaliyyətində tətbiqi ilə bağlı müzakirələr şəklində davam edib.


Teqlər:  





Xəbər lenti