Qaradağda 4 otaqlı evdə yanğın olub

Qaradağda 4 otaqlı evdə yanğın olub
  06 Oktyabr 2018    Oxunub:3226
Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti