Bakıda özünüqiymətləndirmə təlimi keçirilib - FOTOLAR

Bakıda özünüqiymətləndirmə təlimi keçirilib - FOTOLAR
  21 Sentyabr 2018    Oxunub:2540
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az- a verilən məlumata görə, təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.

Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib.







AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim  





Xəbər lenti