Nazirlikdən “hava” açıqlaması

Nazirlikdən “hava” açıqlaması
  06 Mart 2013    Oxunub:1940
Ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb.
Martın 5-i gün ərzində, martın 6-sı gecə və səhər ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Ən çox düşən yağıntının miqdarı: Lənkəranda 40.0 mm, Göygöl, Astarada 26.0 mm, Daşkəsəndə 20.0 mm, Yardımlı, Ordubadda 18.0 mm, Sabirabad, Göytəpədə 16.0 mm, Rvarudda (Lerik) 14.0 mm, Gədəbəydə 12.0 mm, Cəfərxan, Qəbələdə 11.0 mm, Qubada 10.0 mm, Şamaxıda 9.0 mm, Biləsuvar, Xaçmazda 8.0 mm, Lerik, İsmayıllı, Ağdərədə (Ordubad) 7.0 mm, İmişli, Kürdəmir, Kəlvəz, Sarıbaş (Qax), Altıağacda 6.0 mm, Şahbuz, Oğuz, Beyləqan, Göyçayda 4.0 mm, Salyanda 3.0 mm, Culfa, Kişçayda (Şəki) 2.0 mm, Naxçıvan, Şərur, Gəncə, Şəki, Zərdab, Neftçalada 0.0-0.1 mm, Bakıda və Abşeron yarımadasında 1.0-3.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda 33 sm, Göygöldə 32 sm, Gədəbəydə 24 sm, Daşkəsəndə 22 sm, Ordubadda 20 sm, Yardımlı, Altıağacda 18 sm, Ağdərədə 16 sm, Lerikdə 15 sm, Xınalıq, Rvarudda 14 sm, Kəlvəzdə 13 sm, Qubada 11 sm, Şamaxı, İsmayıllıda 3 sm, Qəbələ, Mərəzədə 2 sm, Şahbuzda 1 sm təşkil edib.

Küləyin sürəti: Şimal-qərb küləyi Neftçalada 28 m/s, Tərtərdə 25 m/s, Mingəçevirdə 20 m/s, Ağstafa, Biləsuvarda 18 m/s, Ceyrançöl, Şərur, Yevlaxda 16 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.



Teqlər:  





Xəbər lenti