Axşam saatlarında Bakı-Sumqayıt yolunda tıxac yaranıb.
AzVision.az xəbər verir ki, tıxac Bakı Avtovağzalının qarşısından "Ekologiya" postu istiqamətində müşahidə edilir. Bir saata yaxındır ki, Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Tıxacın hansı səbəbdən yarandığı açıqlanmayıb.