Bakı kompüter oyununda- VIDEO

Bakı kompüter oyununda- VIDEO
  21 Oktyabr 2013    Oxunub:1452
“Baku World Challenge” noyabrın 22- 24-də baş tutacaq.
Məşhur FİA GT bu dəfə də dünyanın nəzərlərini Bakıya yönəldib. Xəbər verdiyimiz kimi dünyaca məşhur FIA GT series& F1 Historic küçə yarışması ilk dəfə olaraq Bakıda keçiriləcək.30 GT və 15 F1 avtomobillərinin iştirakı ilə keçiriləcək yarışda iştirakçılar bulvar boyunca 4360 kilometrlik məsafə qət etməli olacaqlar.

Artıq yarışın virtual versiyası hazırlanıb. Bakı küçələrinin virtual görüntüsü Daren Törnersin müasir texnologiya ilə təchiz olunmuş studiyasında hazırlanıb.

Trackspeed yarışçısı Deni Vattsın sözlərinə görə “ Bakı versiyasında” hər bir xırda detal öz əksini tapıb. Deni Vatt Bakı küçələrində döngələrin müxtəlifliyini xüsusilə qeyd edib: “Keçilməsi yavaş və sürətli olan döngələr əsl sınaq meydanıdır”.

Əsl yarış trekini xatırladan bu versiyanın möhtəşəm yeniliyə səbəb olacağı gözlənilir.

Reallığı demək olar ki, tam əks etdirən virtual versiya vasitəsilə yarış haqqında ilkin təsəvvür əldə etmək mümkündür.

“Baku World Challenge” noyabrın 22- 24-də baş tutacaq. Yarışın mükafat məbləği 175 min avro nəzərdə tutulub. Qalibi100 min avro, ikinci yerin sahibini 50 min , 3-cü yeri qazananı isə 25 min avro mükafatı gözləyir.

AzVision.az




Teqlər:  





Xəbər lenti