Topaz Premyer Liqada X tur başlayır

 Topaz Premyer Liqada X tur başlayır
  19 Oktyabr 2013    Oxunub:1290
Bu gün Topaz Premyer Liqada ikinci dövrəyə start veriləcək.
İlk oyun günündə X turun üç qarşılaşması baş tutacaq.

İlk olaraq meydana "Neftçi" və "Rəvan" klubları çıxacaq. Bu oyuna diqqət çəkən əsas məqam odur ki, "Rəvan" klubunun yeni baş məşqçisi Şahin Diniyev komandasında debüt edəcək. Audsayderlər sırasında yerləşən "Rəvan"ın yeni baş məşqçi ilə liderlər qrupunda yer alan "Neftçi"yə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

Digər oyununda "Simurq" "Xəzər Lənkəran"ı qəbul edəcək.

Günün son oyunda isə "Qəbələ" səfərdə "İnter"in qonağı olacaq.


19 oktyabr

Topaz Premyer Liqa, X tur

17:00. “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
“Bayıl Arena” stadionu

16:00.“Neftçi” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli
“Bakcell Arena” stadionu

19:00.“İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
“Şəfa” stadionu

20 oktyabr

16:00.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança

16:00.“Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu


AzVision.az



Teqlər:  





Xəbər lenti