Gün ərzində 60 cinayət faktı - 5 ölü

Gün ərzində 60 cinayət faktı - 5 ölü
  19 Oktyabr 2013    Oxunub:1033
Gün ərzində 60 cinayət faktı qeydə alınıb. 5 ölü, 8 yaralı, 28 şübhəli.
Oktyabrın 17-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 60 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 10 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 28 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti