Lənkəranda ağır yol qəzası

Lənkəranda ağır yol qəzası
  19 Oktyabr 2013    Oxunub:1155
FHN Lənkəranda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonunda "KAMAZ" markalı yük avtomobili ilə motosiklet toqquşub. Nəticədə nəqliyyat vasitələri deformasiyaya uğrayıb, motosikletin sürücüsü - 1968-ci il təvəllüdlü Miriyev Seyran Aslan oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti