Bakıda yol qəzası, 2 nəfər yaralanıb

Bakıda yol qəzası, 2 nəfər yaralanıb
  11 İyun 2018    Oxunub:1269
Bakı şəhəri, Qaradağ rayonunda “Opel” markalı minik avtomobili dirəyə çırpılıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza   Qaradağ  





Xəbər lenti