Həbsdəki qardaşına narkotik keçirmək istədi

Həbsdəki qardaşına narkotik keçirmək istədi
  09 İyun 2018    Oxunub:2125
İstintaq təcridxanasına narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Bəşirov Fəyaz Süleyman oğlunun yanına görüşə gəlmiş qardaşı Xırdalan şəhər sakini Hüseynov Ramiz Süleyman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan qəndin arasında siqaret kağızına bükülərək xüsusi üsulla gizlədilmiş 0,222 qram narkotik maddə - marixuana aşkar edilib.

AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti