Şimali İrlandiya baş məşqçisi hakimlikdən narazı qaldı

Şimali İrlandiya baş məşqçisi hakimlikdən narazı qaldı
  12 Oktyabr 2013    Oxunub:1333
"Nəticədən çox məyusuq. Birinci hissə üstün tərəf olduq. İkinci hissədə isə öz səhvlərimizdən qol buraxdıq. Gördüyünüz kimi oyun ərzində üstün tərəf biz olsaq da, uduzduq.
AzVsison.az Sportarena.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlanidya millisinin baş məşqçsi Maykl O’Nil milli komandamızla oyundan (0:2 ) sonra keçirilən mətbuat konfransında deyib.

O, görüşün hakimliyindən narazı qaldığını bildirib: "Keçən oyunumuzla indiki arasında fərq oldu. Bugünkü oyundakı hakimlər bir qədər zəif idi. Azərbaycanın bütn oyunlarına baxmışam. Rəqibi yaxşı analiz etmişdik.

Bilirdik ki, çox güclü müdafiə və yarımmüdafiə xətləri var. Rəqibimizin əvəzetmələri düşərli oldu. Bizim isə əsas problemimiz o oldu ki, epizodlardan istifadə edə bilmədik. Berti Foqts həm bu, həm də Belfastdakı oyunda futbolçularının hərəkətinə görə məndən üzr istədi".


Teqlər:





Xəbər lenti