DİN-dən
AzVision.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində ümumilikdə 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.
O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.
AzVision.az