Bakıda yanğın: 20 sakin təxliyə olunub

Bakıda yanğın: 20 sakin təxliyə olunub
  31 May 2018    Oxunub:1844
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti