Sabirabadda ikimərtəbəli ev yanıb

Sabirabadda ikimərtəbəli ev yanıb
  30 May 2018    Oxunub:1332
Sabirabadda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qaragüney kəndində ümumi sahəsi 390 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları (tavanı qamışdan ibarət) və ev əşyaları 310 kv.m sahədə yanıb.

Evin qalan hissəsi, talvar və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Sabirabad   Yanğın  





Xəbər lenti