130 minlik oğurluq edən qadın tutuldu

130 minlik oğurluq edən qadın tutuldu
  29 May 2018    Oxunub:1943
Bakıda evdən oğurluq edən dəstənin daha bir üzvü tutulub.
DİN-in mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 30.000 ABŞ dolları və 100.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanııb. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti