Piyadanı vurub qaçan sürücü saxlanılıb

Piyadanı vurub qaçan sürücü saxlanılıb
  29 May 2018    Oxunub:1314
Mayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törətildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib.
​Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti