Bakıda və Bərdədə ev yanıb

Bakıda və Bərdədə ev yanıb
  29 May 2018    Oxunub:1309
Bakıda və Bərdədə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin taxtadan ibarət dam örtüyü 100 m2 sahədə yanıb, yüksək temperaturdan dəhlizin, mətbəxin və sanitar qovşağının lambirdən ibarət tavanı 19 m2 sahədə əriyib. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Bərdə rayonu, Lənbəran kəndində isə ümumi sahəsi 220 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları 40 m2sahədə və bitişik ümumi sahəsi 28 m2 olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti