Paytaxtda böyük tıxac yaranıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzVision.az-a verdiyi məlumata görə, tıxacların yaranmasına səbəb H. Əliyev prospektində “Şəfa” stadionun qarşısında təmir işləri və Koroğlu Rəhimov küçəsi ilə Fətəli xan Xoyski küçələrində işıqforun işləməməsidir.
Vaqif Əsədov qeyd edib ki, tıxacların yaranmasına sürücülərin işıqforla tənzimlənən yolayrıcılarını düzgün keçməməsi də səbəb olub. Onun sözlərinə görə, yolayrıcını düzgün keçməyən sürücülər kameralar vasitəsilə aşkar olunaraq barələrində cəza tədbirləri görüləcək. Həmçinin, onlar haqqında fotomaterial hazırlanıb təqdim ediləcək.
AzVision.az