"Onlar azərbaycanlı olduqları üçün qətlə yetirilib" - Türkiyəli professsor

"Onlar azərbaycanlı olduqları üçün qətlə yetirilib" - Türkiyəli professsor
  29 Mart 2018    Oxunub:1260
"Ermənilərin işğalçılıq və soyqırım siyasəti üzündən Qafqazda heç cür sülh əldə etmək mümkün olmayıb".
AzVision.az xəbər verir ki, bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kemal Çiçek "1918-ci il Azərbaycanlıların Soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti" beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

K.Çiçək bildirib ki, ermənilər sadəcə ermənilərdən ibarət dövlət qurmaq üçün dövlət səviyyəsində etnik təmizləmə aparıb. O əlavə edib ki, regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur.

"Azərbaycanda erməni, rus, iran və başqa millətlərdən olan insanlar yaşayır. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır. Sadəcə ermənilərdən ibarət bir dövlət yaradılıb”.

Professor qeyd edib ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir azərbaycanlı, müsəlman qoymadı: “Bu, onu göstərir ki, ermənilərin tarixən apardıqları soyqırım siyasəti bu gün də davam etməkdədir. Xocalıda yaşananlar erməni soyqırım siyasətinin davamıdır. Orada insanlar azərbaycanlı olduqları üçün qətlə yetirilib".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti