“Bakıda yaşayan ermənilərlə heç bir konflikt yoxdur”- PA rəsmisi

“Bakıda yaşayan ermənilərlə heç bir konflikt yoxdur”- PA rəsmisi
  29 Mart 2018    Oxunub:2678
"Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasəti bizim milli-mədəni və tarixi abidələri də əhatə edib. Qarabağda olan Azərbaycan məscidləri ermənilər tərəfindən dağıdılıb".
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, bu, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın miqyasını və mahiyyətini göstərir: "Ermənistandan fərqli olaraq bu gün Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və dövlət tərəfindən qorunub saxlanılır. Bakıda çox sayda erməni yaşayır və onlar arasında heç bir konflikt yoxdur. Qardaş Türkiyədə də çox sayda erməni kilsəsi fəaliyyət göstərir və qorunur".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: PA   Ceyhun-Məmmədov  





Xəbər lenti