“Qarabağ problemi siyasi yolla tənzimlənməlidir” - İran prezidenti

“Qarabağ problemi siyasi yolla tənzimlənməlidir”  - İran prezidenti
  29 Mart 2018    Oxunub:1241
"Biz düşünürük ki, Qarabağ problemi siyasi yolla tənzimlənməlidir"

AzVision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Ruhani bildirib ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır: “Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir”.

AzVision.az


Teqlər: İran   Həsən-Ruhani   Qarabağ  





Xəbər lenti