Komandalarımız qarşı-qarşıya gələcək

Komandalarımız qarşı-qarşıya gələcək
  04 Oktyabr 2013    Oxunub:1482
Bu gün Topaz Premyer Liqada IX turun oyunları keçiriləcək.
Turun bütün oyunları eyni gündə baş tutacaq.

Saat 16:00-da baş tutacaq "Sumqayıt" - "İnter" və "Qəbələ" - "Neftçi" matçı ilə oyunlara start veriləcək.

Turnir cədvəlinin lideri "Qəbələ"nin "Neftçi"ni qəbul etdiyi oyunu mərkəzi qarşılaşma hesab etmək olar. Çünki "Neftçi" 15 xalla "Qarabağ"la ikinci, üçüncü yerləri bölüşür və "Qəbələ"dən cəmi bir xal geri qalır. Buna görə də bu qarşılaşmanı liderlik uğrunda mübarizə kimi qiymətləndirmək olar.

Saat 18:00-da isə AZAL - "Simurq" və "Rəvan" - "Xəzər Lənkəran" qarşılaşmaları baş tutacaq.

Günün son oyunu - "Qarabağ" - "Bakı" matçına da maraq az deyil. Çempionata yaxşı start verməyəniə baxmayaraq, son 4 oyunda qələbəyə həsrət qalan Ağdam təmsilçisi "Bakı" ilə oyunda mütləq qələbə qazanmağa çalışacaq. Təbii ki, bu mövsüm böyükhesablı qələbələri ilə diqqət çəkən "Bakı" də səfərdən əliboş qayıtmaq fikrində deyil. Ona görə də bu oyunun da gərgin keçəcəyi gözlənilir.

Görüş saat 20:00-da start götürəcək.

oktyabr (cümə)

Topaz Premeyr Liqa, IX tur

18:00. AZAL – “Simurq”
“AZAL Arena” stadionu

18:00. “Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena” stadionu

16:00. “Sumqayıt” – “İnter”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Bakı”
T.Bəhramov adına Respublika stadionu

AzVision.az



Teqlər:  





Xəbər lenti