Bayramda dəmir yolu ilə 3 mindən çox sərnişin daşınıb

Bayramda dəmir yolu ilə 3 mindən çox sərnişin daşınıb
  27 Mart 2018    Oxunub:2104
Novruz bayramı günlərində dəmir yolu ilə 3 mindən çox sərnişin daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı günlərində gücləndirilmiş iş rejimində çalışıb.

Adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib.

Qeyd edək ki, ən çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qataralarında müşahidə olunub.

AzVision.az


Teqlər: Dəmiryolu   Sərnişin  





Xəbər lenti