Yol tikintisinə 7 milyon manat ayrıldı - Sərəncam

Yol tikintisinə 7 milyon manat ayrıldı - Sərəncam
  26 Mart 2018    Oxunub:1451
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Bərdə   Yol   Sərəncam  





Xəbər lenti