687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar edilib

687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar edilib
  07 Fevral 2018    Oxunub:2238
2017-ci ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna 14082 vətəndaş müraciət edib.

AzVision.az xəbər verir ki, bunu İnstitutun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, hal-hazırda müəssisədə 27523 nəfər qan xəstəlikləri ilə dispanser qeydiyyatdadır.
"Hazırda Azərbaycanda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, o cümlədən qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir. Ümumilikdə, keçən il ərzində 687 nəfərdə qan xəstəlikləri (onların 603 nəfəri böyük, 84 nəfəri isə uşaqdır) aşkar olunub və dispanser qeydiyyatına götürülüb. Bütün bədxassəli şişlərin ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".

Z.Əlimirzəyeva bildirib ki, 2017-ci ildə aparılan laborator müayinələrin sayı 329552 təşkil edib: "Bura hematoloji, sitoloji, biokimyəvi, immunological, və molekulyar -genetik müayinələr daxildir. 2017-ci ildə Mərkəzi Qan Bankı üzrə donor sayı - 44957 nəfər, Respublika üzrə isə donor sayı 85253 nəfər, o tədarük edilən qanın miqdarı 40670,5 litr olub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Zöhrə-Əlimirzəyeva   Xəstəlik  





Xəbər lenti