Messinin vergi qalmaqalı

Messinin vergi qalmaqalı
  29 Sentyabr 2013    Oxunub:1486
Lionel Messi İspaniya vergi məmurlarına cərimə ödəməklə belə canını məhkəmədən qurtara bilməyib
26 yaşlı argentinalı futbolçu Lionel Messi və onun atası İspaniya xəzinəsinə təxminən 4 milyon avro məbləğində vergi ödəməməkdə təqsirləndirilir.

Prokurorluğun məlumatına görə onlar 2007-2009-cu illərdə Messinin fotoşəkillərindən istifadə etmək hüququnu satmaq üçün xaricdəki şirkətlərdən istifadə ediblər.
Vergi ödəməkdən yayınmaqda təqsirləndirilən “Barselona” komandasının hücumçusu Lionel Messi və atası Xorxe İspaniyada məhkəmə qarşısında cavab verməli olacaqlar.

AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, ata və oğul Messilər yerli vergi müfəttişliyinə sanballı məbləğdə cərimə ödəmələrinə baxmayaraq, məhkəmədən yaxa qurtara bilməyib.
Onlar hər ikisi bu ittihamları inkar edir. İndi onları Barselona məhkəməsində istintaq gözləyir.

Messilər ailəsi avqust ayında vergi müfəttişliyinə 5 milyon avro (ödəmədikləri verginin müvafiq faizlərlə birlikdə məbləğini) ödəyib. Başqa məlumatlara görə, cərimənin ümumi məbləği 25 milyon avroya bərabər olub. Lakin prokurorluq işə xitam vermək istəmir, çünki iqtisadi böhran başlayandan vaxtdan İspaniya vergi müfəttişliyi vergiləri ödəməkdən yayınanlar barəsində çox sərt siyasət yeridir.

Bu ittihamlar başqa futbol ulduzlarının çoxundan fərqli olaraq indiyə qədər sadə insan hesab edilən Lionelin nüfuzuna xələl gətirə bilər.


Teqlər:  





Xəbər lenti