Axtarışda olan 18 nəfər saxlanılıb

Axtarışda olan 18 nəfər saxlanılıb
  31 Yanvar 2018    Oxunub:1179
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onlardan 19-u “isti izlər”lə açılıb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti