“Müəllimlərin maaşı artırılmalıdır” - Təhsil naziri

 “Müəllimlərin maaşı artırılmalıdır” - Təhsil naziri
  26 Sentyabr 2013    Oxunub:1500
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin maaşının artırılmalı olduğunu hesab edir.
AzVision.az xəbər verir ki, o bu barədə Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışında deyib: “Azərbaycanda müəllimlərin maaşları artırılmalıdır. Lakin bunun nə qədər və necə edilməsi əsasdır”.

Nazir vurğulayıb ki, maaşların artırılması ilə bağlı əsas məsələ məktəb direktorları ilə əlaqədardır: “Onlar müəllimlər qədər maaş alırlar, amma üzərilərində çox böyük yük var. 2000 şagirdi olan məktəbin direktoru ilə daha az olan şagirdi olan məktəb direktoru ilə eyni maaşı alır. Bu isə düzgün deyil. Görünür, bizim ödömə sistemində bir problem var. Biz tərkibində müəyyən çatışmazlıq olan sistemi daha da çətinləşdirmək istəmirik. Nazirlik bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır. Düşünürük ki, bu sahədə gələcəkdə uğur qazanacağıq”.

Nazir qeyd edib ki, əgər ödənişləri artıran zaman bunun gələcək fəsadlarını düşünmürüksə, mövcud təhsil sisteminin çatışmazlıqlarını nəzərə almırıqsa, sonrada geri qayıda bilmərik.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti