Əsəd İngiltərəni ittiham etdi

 Əsəd İngiltərəni ittiham etdi
  04 Mart 2013    Oxunub:2201
İngiltərə illərlə Yaxın Şərqdə dağıdıcı rol oynayıb.
Bu barədə Suriya prezidenti Bəşər Əsəd İngiltərənin "The Sunday Times " qəzetinə müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, İngiltərə hər addımında zorba və hegemoniyaçı ənənəni ortaya qoyur.
Əsəd həmçinin müxalifətə qarşı mübarizəni dayandırmayacağını və Suriyanı heç vaxt tərk etməyəcəyini də bildirib. O bildirib ki, İngiltərə Suriya müxaliflərinə silahla yardım etməklə, Suriyadakı vəziyyəti daha da gərginləşdirir. Bəşər Əsəd vurğulayıb ki, İngiltərə zorakılıq etməkdən başqa bir işə yaramır.


Teqlər:  





Xəbər lenti