Menyuda pişik var

Menyuda pişik var
  03 Mart 2013    Oxunub:2684
Moskva kafelərində çayın yanında pişik də veriləcək.
Moskva şəhərində fəaliyyət göstərəcək pişik kafesində müştərilərər pişiklər də təklif olunacaq. Pişiklər səhər-səhər çay, kofe içməyə gələn müştərilərə günə daha gümrah başlamağa kömək edəcəklər. Deyilənə görə, pişikləri dizinin üstünə qoyub sığallamaq, onlarla bir otaqda olmaq insanın ağrı-acısını, yorğunluğunu çıxarır, stresdən xilas edir. Yaponiyada anoloji kafenin kifayət qədər uğur qazandığı bildirilir.

Qeyd edək ki, bəzi qərb ölkələrində pişik terapiyası həyata keçirilir ki, buna da felinoterapiya deyilir.


Teqlər:  





Xəbər lenti