AMEA işçi axtarır

AMEA işçi axtarır
  23 Noyabr 2017    Oxunub:2054
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsi Elmi tərcümə şöbəsində tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə elan edib.
AMEA-dan AzVision.az-a verilən məlumata görə, müsabiqədə ingilis, rus, alman və fransız dillərində tərcüməçilik təcrübəsi olan ali təhsilli mütəxəssislər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər 10 gün müddətində aşağıdakı sənədləri AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinə (Bakı şəh., İstiqlaliyyət küç., 30) təqdim etməlidirlər:
- tərcümeyi-hal (CV);
- ali təhsil haqqında diplomun surəti;
- elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa);
- şəxsiyyət vəsiqəsinin surəti.

Əlavə məlumat almaq üçün akademiyanın Elm və Təhsil İdarəsinə müraciət etmək mümkündür.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti