Millimiz 8 pillə irəlilədi

Millimiz 8 pillə irəlilədi
  13 Sentyabr 2013    Oxunub:1267
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 pillə irəliləyərək 107-ci yerə yüksəlib.

Reytinqə əvvəl olduğu kimi İspaniya millisi başçılıq edir. Argentina ikinci, Almaniya isə üçüncü yerdədir.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya dörd pillə geriləyərək 11-ci pilləyə düşüb. Rusiya 15-ci (+1), İsrail 69-cu (-6), Şimali İrlandiya 86-cı (+23), Lüksemburq isə 126-cı (+14) yeri tutur.

Qeyd edək ki, bu dəfəki reytinqdə millimizin qrupundan ən yaxşı göstəriciyə 23 pillə irəliləyən Şimali İrlandiya ilə 14 pillə irəliləyən Lüksemburq nail olub.

Qardaş Türkiyə millisi isə doqquz pillə yüksələrək 49-cu yerə çıxıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti