“Trampdan güzəşt gözləmirik” – Putinin sözçüsü

“Trampdan güzəşt gözləmirik” – Putinin sözçüsü
  12 İyul 2017    Oxunub:2347
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, rəsmi Moskva ABŞ prezidenti Donald Trampdan güzəşt gözləmir və özü də güzəştə getməyə hazır deyil.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Rəsmi Moskva prezident Trampdan güzəştlər gözləmir”, - deyə Peskov vurğulayıb.
Mətbuat katibinin sözlərinə görə, Putin heç vaxt güzəştlərdən danışmayıb və belə bir məsələ qaldırmayıb.

Qeyd edək ki, daha əvvəl Peskov bəyan etmişdi ki, Vladimir Putin G20 sammiti çərçivəsində Donald Trampla görüşdən razı qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp  





Xəbər lenti