Mosulda İŞİD üzərində qələbə elan edilib

Mosulda İŞİD üzərində qələbə elan edilib
  11 İyul 2017    Oxunub:1244
İraqın baş naziri Heydər əl-Abadi rəsmi olaraq Mosul şəhərinin İŞİD terrorçularından tam azad olduğunu bildirib.
“Reuters” xəbər verir ki, bunu baş nazir dövlət telekanalında çıxışı zamanı bəyan edib.

“Mən terrorçu dövlətin iflasa uğradığını, terror üzərində qələbə əldə edildiyini elan edirəm”, deyə Heydər əl-Abadi bildirib.

Bundan əvvəl baş nazir Mosula səfər edərək İraq əsgərlərini qələbə münasibəti ilə təbrik edib.

AzVision.az



Teqlər: İraq   Mosul   İŞİD  





Xəbər lenti