Putin Trampla görüşünün detallarını açıqladı

Putin Trampla görüşünün detallarını açıqladı
  08 İyul 2017    Oxunub:2370
“ABŞ prezidenti Donald Trampla ilk görüşümüzdə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdik”.
"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Bizim çox uzunsürən danışıqlarımız oldu. Suriya və Ukraynadakı vəziyyətlə yanaşı digər mövzular ətrafında, o cümlədən ikitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı müzakirələr apardıq”, deyə Putin Tramla görüşü haqda bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Almaniyanın Hamburq şəhərində görüş keçirib. Görüş 2 saatdan çox davam edib.

AzVision.az


Teqlər: Putin   Tramp   ABŞ   Rusiya  





Xəbər lenti