Trampın qızı ilə görüşmək istəyən "senator" həbs edildi

Trampın qızı ilə görüşmək istəyən "senator" həbs edildi
  08 İyul 2017    Oxunub:4983
Nyu-Yorkda özünü senator kimi təqdim edən şəxs ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampla görüşə gəldiyini deyərək “Trump Tower”ə daxil olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı Adames Benitez adlı şəxs təhlükəsizlik xidmətinin əməkdaşlarına İvanka ilə vacib bir məsələ ətrafında görüşməli olduğu deyib.

Onun şübhəli hərəkətləri diqqət çəkib, üzərinə baxış keçirilərkən soyuq silah qismində bıçaq aşkar edilib. Şübhəli şəxs dərhal polisə təhvil verilib.

Məlumata görə, İvanka Tramp hadisə zamanı “Trump Tower”ə olmayıb.

AzVision.az


Teqlər: ABŞ   İvanka-Tramp  





Xəbər lenti