Türkiyəli məşhurlardan Zəhra olayına reaksiya: "Min dəfə lənət olsun!"

Türkiyəli məşhurlardan Zəhra olayına reaksiya: "Min dəfə lənət olsun!"
  07 İyul 2017    Oxunub:52168
2 yaşlı Zəhra Quliyevanın erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə türkiyəli məşhurlar da etirazlarını bildiriblər.
AzVision.az-ın məlumatına görə, müğənni Hülya Avşar Alxanlıdakı erməni təxribatını qətiyyətlə pisləyib.

Müğənni-aktyor Mahsun Kırmızıgül də Zəhranın qətli ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşüb: “Zəhra körpə nənəsi ilə birlikdə Azərbaycanda qətlə yetirildi. Bu regionda uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı törədilən bu kimi alçaq hücumlar kimdən gəlirsə gəlsin, min dəfə lənət olsun”.

Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Zəhra   Alxanlı   Türkiyə   Təxribat  





Xəbər lenti