Həmsədrlər Alxanlıda baş verənləri təxribat adlandırdı - İkinci bəyanat

Həmsədrlər Alxanlıda baş verənləri təxribat adlandırdı - İkinci bəyanat
  07 İyul 2017    Oxunub:1427
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən iyulun 4-də yayılan bəyanatın ardınca ikinci bəyanat verilib.

Bəyanatda həmsədrlər iyulun 4-də atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər: “Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk”.
Həmsədrlər tərəflərə Cenevrə konvensiyalarına əsasən mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladırlar. “Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatın sonunda deyilir: “Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Alxanlı   Təxribat  





Xəbər lenti