Hərbçilərə hücum edən şəxslər zərərsizləşdirilib - VİDEO
AzVision.az xəbər verir ki, əməliyyat nəticəsində Həştərxanda polis əməkdaşlarının qətlində şübhəli bilinən 4 nəfər zərərsizləşdirilib. Şübhəlilərdən biri Rusiya Qvardiyasının postuna hücum zamanı məhv edilib. Digəri isə kürəyindən yara aldıqdan sonra, ikisi isə mühasirəyə alınaraq zərərsizləşdirilib. Qvardiya döyüşçüləri arasında itki olmadığı bildirilir.
Qeyd edək ki, aprelin 4-də Yol Post Xidmətinin iki əməkdaşına atəş açılıb. Təcili tibbi yardım briqadası gələnədək onlar hadisə yerində ölüblər.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Həştərxan Hərbçi Hücum